Priqojin ELAN ETDİ: “Sıralarımıza döyüşçülər götürməyi dayandırdıq”
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiyanın muzdlu “Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojin qruplaşmanın Afrika və Belarusa gedəcəyini açıqlayıb.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Priqojin açıqlamasında sıralarına yeni kadrların qəbulunu dayandıracağını da bildirib. O qeyd edib ki, Belarusa dəvətlə gəlib və bundan sonra Rusiyanın maraqlarını qorumağa davam edəcəklər.
Priqojinin açıqlamalarında diqqəti çəkən digər məqam Vaqnerin Afrikada olması ilə bağlıdır. Məsələ ilə bağlı təfərrüatları açıqlamasa da, Nigerdəki hərbi çevrilişdə hökuməti müdafiə edən Priqojin “Niger xalqının müstəmləkəçilərə qarşı mübarizəsi” ifadələrini işlədib.
Qeyd edək ki, Vaqner Rusiyada başladığı üsyanı Belarus lideri Aleksandr Lukaşenkonun müdaxiləsi ilə dayandırdı. Bundan sonra o, ordunun dəvəti ilə Belarus ordusuna dəstək verməyə başlayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Priqojin #ELAN #ETDİ #Sıralarımıza #döyüşçülər #götürməyi #dayandırdıq