Priqojindən sonra növbəti “qurban” o olacaq
BEY.AZ informasiya agentliyi xəbər verir
“Vaqner” özəl hərbi təşkilatının rəhbəri Yevgeni Priqojindən sonra Çeçenistan rəhbəri Ramzan Kadırov növbəti “qurban” ola bilər.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bunu rus müxalif siyasətçi Dmitri Qudkov deyib. O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin artıq Kremli “parçala və hökm sür” prinsipi ilə idarə edir. Siyasətçi iddia edir ki, növbəti qarşıdurma Kadırovla olacaq:
“Çünki Kadırov Rusiya dövlət strukturlarının əsas rəqibidir. Ona görə ki, onun yaxşı təlim keçmiş şəxsi ordusu var. Kadırov isə bütün hüquq-mühafizə orqanlarından yan keçməklə ciddi təsirə malikdir. Bu, çoxlarının xoşuna gəlmir və düşünürəm ki, qarşıda hələ çoxlu münaqişələr görəcəyik”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Priqojindən #sonra #növbəti #qurban #olacaq