Priqojinin oğlu atasının 40 mərasimində ortaya çıxdı
Rusiya lideri Vladimir Putinə qarşı başlatdığı qiyamdan sonra şübhəli şəkildə dünyasını dəyişən “Vaqner” qrupunun lideri Yevgeni Priqojin ölümünün 40-cı günündə məzarı başında yaxınları tərəfindən yad edilib.
Metbuat.az xəbər verir ki, Sankt-Peterburq qəbiristanlığında keçirilən mərasimdə Priqojinin 100 milyon funt-sterlinq sərvətini miras alacaq oğlu Pavel də iştirak edib. Bəzi rusiyalı ekspertlərin iddiasına görə, Pavel mirasın bir hissəsi kimi “Vaqner” qrupuna nəzarəti ələ alacaq. Qeyd edək ki, Pavel atasının ölümündən sonra mətbuatda nadir hallarda görünürdü.