fbpx

Priqojinlə təyyarədə ölən yeganə qadın Kristina kimdir? – MARAQLI FAKTLAR

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Ötən gecə Rusiyanın Tver vilayətində qəzaya uğrayan “Vaqner”in rəhbəri Yevgeni Priqojin olan şəxsi təyyarənin göyərtəsində 39 yaşlı Kristina Raspopova (Yadrevskaya)da olub.

Metbuat.az xəbər verir ki, Kristina Çelyabinsk vilayətinin Yemanjelinsk şəhər prokurorunun müavini Yevgeni Raspopovun böyük bacısıdır. Hər ikisi Qazaxıstanda anadan olublar.

Rus mətbuatı yazır ki, bir vaxtlar Moskvanə fəth etmək üçün Sankt-Peterburqa köçən Kristina daha sonra “MNT Aero”da stüardessa işləməyə başlayıb. Adının hallanmasını istəməyən mənbə bildirib ki, Kristinanın qardaşı bacısının Priqojinin təyyarəsində uçduğunu bilmirmiş

Rüya tabirlerini burdan oku

“O, həmişə güclü xarakterə malik olub. O, yüksəkliklərə çatmaq, karyera qurmaq üçün Moskvaya getmişdi. Ailəsi ilə çox da əlaqə saxlamırdı. Şəxsi, varlıların təyyarələrində stüardessa kimi işləyirdi”,- deyə mənbə bildirib.

Uçuş günü Kristina uçuşun gecikməsindən də şikayətlənibmiş. O, şəxsi bloqunda uçmağa hazır olduğunu göstərən bir fotoşəkil yayımlayıb. Həmin kadrda qızın səhər yeməyi və tam çamadanı görünür.

Xatırladaq ki, Yevgeni Priqojinin şəxsi təyyarəsi ilə faciə avqustun 23-də axşam saatlarında paytaxtın Şeremetyevo hava limanından Sankt-Peterburqa uçarkən baş verib. Təyyarədə yeddi sərnişin və üç ekipaj üzvü olub.


Aidə / METBUAT.AZ





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Priqojinlə #təyyarədə #ölən #yeganə #qadın #Kristina #kimdir #MARAQLI #FAKTLAR

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu