“Profee” ilə Azərbaycana pul köçürə bilərsiniz
“Profee”nin niyə Avropadan Azərbaycana pul köçürmələri üçün etibarlı və sərfəli xidmət olduğunu öyrənin. Sürətli əməliyyatlar və aşağı ödənişlər.
Ölkə xaricində işləyən soydaşlarımız üçün Azərbaycana hansı vasitə ilə pul göndərilməsi məsələsi daim aktualdır. Axı, onların ailələrinin maddi rifahı etibarlı, sürətli və sərfəli pul köçürmələrindən asılıdır.
“Profee” xidməti sanki xüsusi olaraq xaricdə işləyən azərbaycanlılar üçün yaradılıb. Heç bir digər pul köçürmə sistemi Avropada işləyən azərbaycanlıların qayğısına bu qədər qalmır. Miqrantların üzləşdiyi çətinlikləri nəzərə alan “Profee” onların ehtiyaclarına cavab verən bir həll təklif edir.
Xidmətin əsas üstünlükləri aşağıdakılardır:
1. Köçürmələr üçün heç bir əlavə ödəniş tələb olunmur, belə ki, “Profee” vasitəsilə Azərbaycana birbaşa karta komissiyasız pul göndərmək mümkündür.
2. Ən sərfəli məzənnə. “Profee” EUR, GBP və digər Avropa valyutalarını manata çevirmək üçün cəlbedici məzənnələr təklif edir ki, bu da ailənizin daha çox pul əldə etməsinə şərait yaradır.
3. İlk köçürmə üçün xüsusi promoməzənnə. “Profee” yeni müştərilərə ilk dəfə pul göndərmək üçün daha sərfəli məzənnə təklif edir.
4. Ani köçürmələr. Vəsait dərhal Avropadakı kartınızdan Azərbaycanda yerli bankın kartına köçürülür.
5. Rahatdır, çünki Azərbaycana pul köçürmələrini “Profee” tətbiqi və ya Profee.com saytı vasitəsilə; bank kartından, hesabdan, “Apple Pay” və ya “Google Pay” mobil ödəmə servisləri vasitəsilə etmək mümkündür.
6. Tamamilə onlayndır. Xidmətdən yararlanmaq üçün sizə yalnız internetə çıxışı olan smartfon və Avropa bank kartı lazımdır. Günün və ya gecənin istənilən vaxtında, dünyanın istənilən nöqtəsindən pul göndərə bilərsiniz.
“Profee” vasitəsilə Azərbaycana necə pul göndərmək olar: addım–addım təlimat
1. “iOS”, “Android” üçün “Profee” tətbiqini yükləyin və cəmi 5 dəqiqə ərzində qeydiyyatdan keçin.
2. Köçürmənin göndərildiyi ölkəni, onun məbləğini seçin və köçürmənin təyinat ölkəsi kimi Azərbaycanı qeyd edin.
3. Vəsaiti alan şəxsin məlumatlarını daxil edin: kartın nömrəsi və şəxsin adı. Daha sonra öz ödəniş məlumatlarınızı daxil edin.
4. İnformasiyanı yoxlayın. Bütün məlumatların düzgünlüyünə əmin olun və köçürməni təsdiqləyin. Vəssalam!
Beləlik, siz artıq Azərbaycana tez, komissiyasız və sərfəli məzənnə ilə pul göndərməyin yolunu bilirsiniz. Yaxınlarınızın qayğısına qalmaq üçün “Profee” tətbiqini elə indi yükləyin.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |