Prokurorluq Bakı sakininin güllələnməsi ilə bağlı məlumat yayıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Suraxanı Rayon Prokurorluğu paytaxt sakininin güllələnməsi ilə bağlı məlumat yayıb.
Metbuat.az daxil olan məlumatda deyilir:
“Fevralın 22-də paytaxtın Suraxanı rayon sakini İlkin Cavadovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin həmyerlisi Tural Məmmədovun aralarında yaranan mübahisə zamanı yivsiz ov silahı ilə İlkin Cavadovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Tural Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Cinayət işi üzrə istintaq davam edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.