fbpx

“Pul xərcləməyə dəyməz dedilər…” – Xalq artisti ölümdən döndü / FOTO

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanın Xalq artisti, aktyor Ramiz Novruz səhhətində yaranan ciddi xəstəlikdən sonra nəhayət sağlamlığına qovuşub.

Metbuat.az xəbər verir ki, bu barədə aktyorun qızı Şəfəq Novruz məlumat yayıb.

O, “Instagram” hesabında paylaşımında bu sözləri yazıb:

Rüya tabirlerini burdan oku

“Məndən atamı çox soruşursunuz, Şükür, dualarımız öncə Allahın, sonra isə Heydər Əliyev fondunun köməkliyi ilə yerinə yetdi. Təşəkkürümü bilmirəm necə bildirim. Şəkildə gördüyünüz dəyərli həkim Altay Əliyevdir, atamı yenidən bizə bağışlayan insandır. Bizim çəkdiklərimizi heç kim bilmədi. Atamın xəstəliyi ilə bağlı xəbərləri eşidəndə özüm belə “Instagram”a yansıtmadım. Heydər Əliyev fondu bizi düzgün ünvana yönəltdi. Maddi olaraq yox, mənəvi çox aciz və əlacsız bir vəziyyətdə idik. Niyə aciz və əlacsız? Bizə bəzi həkimlər çox üzücü bir xəstəlik tarixçəsi demişdi. Hətta pul xərcləməyə belə dəyməz, gözləyin, nə qədər yaşayar, yaşayar dedilər. Bəzən pul belə insana kömək etməyə bilər…”

Bundan başqa, Xalq artistinin qızı qeyd edib ki, aktyor çəki itirsə də, sağlamlığı yerindədir, hətta kökəlməyə də başlayıb.

Qeyd edək ki, Ramiz Novruz “Sizi dünyalar qədər sevirdim” filmində general Həzi Aslanovu, “Topal Teymur” filmində Divanbəyini, “Fəryad” filmində Loğmanı və bir çox obrazları yaradıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu