fbpx

Putinə qarşı çevriliş iddiaları – Rusiyada hərbi fəlakət baş verə bilər

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiya Prezidenti Vladimir Putini devirmək üçün cəhdlər başlayıb.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı polkovnik İqor Girkin belə iddia irəli sürüb. O bildirib ki, Putinin yaxın dostu Priqojin müdafiə naziri Sergey Şoyqunun mənsub olduğu qruplaşma ilə hakimiyyət uğrunda mübarizə aparır. Məlumata görə, Rusiya üçün işlər yaxşı getməsə Putin vəzifəsindən uzaqlaşdırılacaq.

Bununla belə, Putinin yerinə ən iddialı namizəd Dmitri Patruşevdir. Mümkün çevriliş cəhdindən sonra Putini kənd təsərrüfatı naziri Dmitri Patruşev əvəz edə bilər. 45 yaşlı Dimitri Patruşev Federal Təhlükəzislik Xidmətinin keçmiş rəhbəri, Qərbə qarşı siyasəti ilə tanınan Nikolay Patruşevin oğludur.

Rüya tabirlerini burdan oku

Girkin qeyd edib ki, Putinin yaxın müttəfiqi olan “Vaqner” muzdlu qrupunun rəhbəri Priqojin siyasi aktyor olmaq istəyir və o ictimai yerlərdə nüfuzunu artırmaqla məşğuldur. Girkin deyir ki, Priqojin indi özünü təkcə müharibə komandiri kimi deyil, həm də ictimai-siyasi xadim kimi göstərir.

İddialara görə, Rusiyada Yevgeni Priqojin və hazırkı müdafiə naziri Sergey Şoyqunun rəhbəri olduğu iki böyük qruplaşma var. Priqojin Şoyqunun rəhbərlik etdiyi və ya mənsub olduğu qruplaşmaya qarşı mövqe tutub. Bu, ölkədə dərin hərbi böhrana səbəb ola bilər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Putinə #qarşı #çevriliş #iddiaları #Rusiyada #hərbi #fəlakət #baş #verə #bilər

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu