Putinə ŞOK ÇAĞIRIŞ: Boynundakı kəndiri çıxar
BEY.AZ informasiya agentliyi xəbər verir
Almaniya prezidenti Frank-Valter Ştaynmaye Rusiyanın dövlət başçısı Vladimir Putinə çağırış edib.
Metbuat.az xəbər verir ki, Almaniya prezidenti Putindən Ukrayna gərginliyini həll etməsini istəyib. Frank-Valter Ştaynmaye yenidən prezident seçiləndən sonra xalqa müraciəti zamanı deyib:
“Prezident Putinə səslənirəm.Ukraynanın boynundakı kəndiri çıxarın və Avropada sülhü qorumağın yolunu tapmaq üçün bizə qoşulun. Rusiya ilə qərb ölkələri arasında fikir ayrılıqları çox ola bilər. Lakin müzakirə edəcəyimiz məsələ Avropanın şərqində müharibə ehtimalıdır. Bu məsələdə məsuliyyət Rusiyanın üzərindədir. Rusiyanın qoşun cəlb etməsinin başqa izahı ola bilməz. Bu Ukrayna üçün təhdiddir. Orada yaşayan insanların dinc şəkildə yaşamaq hüququ var və dünyadakı heç bir ölkənin bunu yox etmək haqqı yoxdur. Buna cəhd edən hər kəsə qərarlı şəkildə cavab verəcəyik”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.