Putin əmr verdi: Rus ordusu Ukraynaya girdi
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiya prezidenti Vladimir Putin orduya Ukraynanın şərqindəki qondarma respublikalarda sülhməramlı kimi təhlükəsizliyi təmin etmək barədə təlimat verib.
Metbuat.az xəbər verir ki, Putinin əmrindən sonra rus hərbçiləri sərhədi keçib. Lakin bununla bağlı rəsmi açıqlama verilməyib. Qondarma Donetsk və Luqansk respublikalarından isə bildirilib ki, bölgədəki təhlükəsizliyi təmin etmək üçün Moskva ilə əməkdaşlıq ediləcək.
Qeyd edək ki, hazırda bölgədə gərgin vəziyyət davam edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.