Putin Azərbaycan xalqını təbrik etdi
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiya Prezidenti Vladimir Putin faşizm üzərində Qələbənin 77-ci ildönümü münasibətilə Belarus, Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Ermənistan, Moldova, Tacikistan, Özbəkistan və Türkmənistan xalqına və dövlət başçılarına təbrik ünvanlayıb.
Metbuat.az xəbər verir ki, təbrikin mətni Kremlin saytında dərc olunub.
Rusiya Prezidenti təbrikində qeyd edib ki, bu gün “hesabsız qurbanlar və məşəqqətlər bahasına” nasizmi darmadağın etmiş əsgərlərə və arxa cəbhədə fəaliyyət göstərən insanlara hörmət və ehtiram göstərilir.
Rusiya lideri təbrikində “müxtəlif ölkələrdən olan insanlara bu qədər iztirab gətirən” nasizmin dirçəlişinin qarşısını almağı ümumi vəzifə adlandırıb. Vladimir Putin ümumi mənəvi dəyərləri, müharibə illərində baş verən hadisələrlə bağlı həqiqətləri və qardaşlıq dostluğu ənənələrini “qoruyub nəsillərə ötürməyi” zəruri hesab edib. O, yeni nəsillərin ata və babalarının xatirəsinə layiq olmasını arzulayıb.
Xarici dövlətlərin rəhbərləri və vətəndaşları qarşısında çıxış edən Rusiya Prezidenti ön cəbhə və arxa cəbhə veteranlarına minnətdarlığını çatdırıb, onlara rifah, uzun ömür və cansağlığı arzulayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.