Putin Çini Qərbə qarşı “döyüşməyə” çağırdı
ABŞ-ın rəhbərlik etdiyi G7 ölkələrinin Ukraynadakı müharibəyə görə Moskvaya təzyiqlərini artırdığı bir vaxtda Rusiya Prezidenti Vladimir Putin Çini birqütblü hegemonluğa müqavimət göstərməyə çağırıb.
Metbuat.az xəbər verir ki, Putin bu barədə Sankt-Peterburqda Çin-Rusiya strateji təhlükəsizlik məsləhətləşmələri üçün ölkəsinə səfər edən Çinin xarici işlər naziri Van Yi ilə görüşdə deyib. O bildirib ki, Rusiya və Çin arasında strateji əməkdaşlıq daha da artırılmalıdır. Putinin sözlərinə görə, Çin sədri Si Cinpinin “dünya görülməmiş dəyişikliklərdən keçir” açıqlaması diqqətçəkən bəyanatdır. Putin Qərbin təzyiqlərinə baxmayaraq Rusiyanın öhdəsindən gəldiyini ifadə edib.
“Bu ilin əvvəlindən Rusiya bu təsirlərin öhdəsindən gəldi. ABŞ və Qərbin birtərəfli sanksiyalarından sonra iqtisadiyyat yenidən artım yoluna qədəm qoydu.” və müxtəlif funksiyaların fəaliyyəti normallaşdı” – Putin deyib.