Putin danışıqlara hazırdır – Peskov
“Ukrayna münaqişəsinin dondurulmasına yönəlmiş ssenarilər bizim üçün uyğun deyil”.
BEY.AZ xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov belə açıqlama verib. O bildirib ki, Prezident Vladimir Putin Ukrayna ilə bağlı danışıqlara hazırdır. Peskovun sözlərinə görə, Rusiyanın Ukraynadakı məqsədlərinə çatması vacibdir. Ukrayna ilə bağlı Qərb ölkələri ilə mümkün danışıqlara toxunan Peskov, Moskvanın danışıqlar masasına otura biləcəyini istisna etməyib. Peskov ABŞ-nin hazırkı rəhbərliyinin müharibəni davam etdirməkdə tamamilə qərarlı olduğunu və bunun üçün mümkün olan hər şeyi etdiyini ifadə edib.
Peskov, “Ukrayna 1991-ci il sərhədlərinə qayıtmaq üçün qeyri-real hədəflər qoyub. Qərb də Rusiyanı strateji baxımdan məğlub etmək üçün bu istəkləri dəstəkləyir” – deyə bildirib.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |