Putin dediyini etdi: Rusiyadan dünyaya ŞOK ZƏRBƏ
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiya ordusu Nikolaevdə Ukraynanın ikinci ən böyük taxıl terminalını bombalayıb.
Metbuat.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell açıqlama verib. O bildirib ki, Rusiyanın hücumu qida böhranı ilə bağlı vəziyyəti daha da gərginləşdirəcək. Onun sözlərinə görə, terminalın bomalanması dünyanın ərzaq çatışmazlığı ilə üz-üzə olduğu bir vaxtda dünyanın qida sektoruna vurulan zərbədir. Ukraynanın rəsmi mənbələrinin məlumatına görə, hava zərbələrindən sonra içərisi taxıl ilə dolu olan anbarlar sıradan çıxıb. Nikolaev Ukraynanın ən məhsuldar taxıl bölgələrindən biridir.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya ağır silahların verilməməsi barədə xəbərdarlıq etmişdi. O bildirmişdi ki, əks təqdirdə Rusiya ordusu bu günə qədər hədəfə almayan obyektləri bombalayacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.