Putin ELAN ETDİ: Bu ölkədən muzdlular gətirir
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiya prezidenti Vladimir Putin Ukraynaya könüllülərin cəlb edilməsi ideyasına razılıq verib.
Metbuat.az xəbər verir ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında çıxış edən Putin bildirib ki, o Donbassda yaşayan insanlara kömək etmək üçün razılıq verənlərə hər formada yardım edəcəkdir.
“Könüllü olaraq gəlib Donbassda yaşayan insanlara kömək etmək istəyən insanlar var onları yaxşı qarşılayıb və döyüş bölgəsinə köçməsinə kömək etmək lazımdır” deyə Rusiya lideri qeyd edib.
Putinin sözlərinə görə, “Qərb sponsorları” münaqişədə iştirak etmək üçün muzdlular topladığını gizlətmirlər – “onlar bunu beynəlxalq hüququn bütün normalarına məhəl qoymadan açıq şəkildə edirlər”.
Daha sonra çıxış edən Rusiya Müdafiə naziri Sergey Şoyqu da könüllülərin müraciət faktını təsdiq edərək qeyd edib ki, DXR və LXR-ə 16 mindən çox oxşar müraciət daxil olub. Onların əksəriyyəti Yaxın Şərq ölkələrindəndir.
Şoyqu Ukraynanın ələ keçirilən hərbi qənimətlərinin separatçı Donetsk və Luqansk respublikalarına verilməsini təklif edib. Putin həmin təklifə razılıq verib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.