fbpx

Putin Hindistan baş nazirinin müşaviri ilə görüşdü



Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqdakı Konstantinovski sarayında Hindistan baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Ajit Kumar Doval ilə görüşüb.

BEY.AZ xəbər verir ki, Prezident oktyabrın 22-də Kazanda Hindistanın baş naziri Narendra Modi ilə ikitərəfli görüşün keçirilməsini təklif edib.

Rusiya tərəfdən görüşdə Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu iştirak edib.

Putin Hindistanın baş naziri ilə 2024-cü il iyulun 8-9-da keçirilmiş son danışıqların əhəmiyyətini qeyd edib. O, Rusiya Federasiyası ilə Hindistan arasında strateji tərəfdaşlığı və dialoqu davam etdirdiyinə görə Nyu Dehliyə təşəkkür edib.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin