“Putin Mariupoldan sonra sıra BU ŞƏHƏRİ işğal etmək istəyir”
BEY.AZ informasiya agentliyi xəbər verir
“Rusiya prezidenti Vladimir Putin Çerniqovla xüsusi mərc edib”.
Metbuat.az xəbər verir ki, bu fikri informasiya telemarafonunun efirində daxili işlər nazirinin müşaviri Anton Geraşenko deyib. Onun açıqlamasına görə, Mariupolda rus ordusu bilərəkdən ukraynalıların ölkədən çıxmasına mane olublar. Geraşenko əlavə edib ki, Çerniqovda çox narahatedici vəziyyət yaranıb.
“Ruslar gecə saatlarında Desna üzərindəki körpünü sındırıblar. Məlumat var ki, düşmən ora ağır texnika çəkməyə başlayıb. Çox güman ki, Putin bu şəhərlə bağlı xüsusi mərc edib”, – o qeyd edib.
Geraşenko onu da vurğulayıb ki, təxribat və kəşfiyyat qruplarından gələn təhlükən demək olar ki, tamamilə aradan qaldırılıb.
“Putinin diversantlardan istifadə etmək planları baş tutmadı, bütün təxribat qrupları məhv edildi”, – daxili işlər nazirinin müşaviri bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.