fbpx

Putin müharibəni BU ŞƏRTLƏ dayandıracaq

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiyanın müharibəni dayandırmaq üçün Ukraynaya irəli sürdüyü 6 tələb açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ukraynanın “ZN.UA” agentliyi adını açıqlamaq istəmədikləri mənbəyə əsasən xəbər verib.

Rusiyanın Ukraynaya qarşı irəli sürdüyü tələbləri bunlardır:

Birincisi Rusiya Ukraynanın NATO-ya keçməkdən imtina etməsini və Ukraynanın neytral status almasını istəyir.

İkinci tələb odur ki, Rusiya Ukraynada rus dilinin ikinci dövlət dili olması tərəfdarıdır. Bununla bağlı qadağa yaradan bütün qanunlar da ləğv edilməlidir. Tələblər arasında Krımın Ukrayna tərəfdən Rusiyanın ərazisi kimi tanınması da daxildir. Regionların inzibati sərhədləri daxilində qondarma DXR və LXR-nin tanınması da Rusiyanın Ukrayna qarşısındakı tələbi kimi iddia olunur. Tələblərin davamı olaraq “deazifikasiya” – ultra-millətçi, nasist və neonasist partiyaların və ictimai təşkilatların fəaliyyətinin qadağan edilməsi, nasistlərin və neonasistlərin tərənnümü ilə bağlı mövcud qanunların ləğvi həmçinin “Ukraynanın demilitarizasiyası” yəni istənilən halda istənilən növ silahların gətirilə biləcəyi hücum silahlarından tamamilə imtina da daxildir.

Qeyd edək ki, hətta Fransa prezidenti Emmanuel Makron da Rusiya prezidenti Vladimir Putinin Ukraynada müharibəyə son qoymaq üçün irəli sürdüyü tələblərini qəbuledilməz olduğunu adlandırıb. Bundan əvvəl xarici işlər naziri Dmitri Kuleba Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlardan sonra Ukraynanın Putinin şərtlərinə razılaşacağı təqdirdə Rusiyanın atəşi dayandıracağını, lakin bu, Ukraynanın təslim olacağı anlamına gəldiyini bildirmişdi.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin