Putin müharibəyə bu yolla son qoya bilər
BEY.AZ informasiya agentliyi xəbər verir
“Rusiya qoşunları Ukraynanın ikinci ən böyük nüvə obyektinə yaxınlaşır”.
Metbuat.az “CNN”ə istinadən xəbər verir ki, bu xəbərdarlığı ABŞ-ın BMT-dəki nümayəndəsi Linda Tomas-Qrinfild edib. O qeyd edib ki, Rusiya qüvvələri hazırda Ukraynanın ikinci ən böyük nüvə obyektindən 20 mil uzaqdadırlar.
Putinin enerji istehsalı baxımından Ukraynanın ikinci ən böyük nüvə obyekti olan Ukraynanın cənubundakı Nikolayev vilayətindəki Cənubi Ukrayna Atom Elektrik Stansiyasının partladılması ilə bu müharibəyə son qoymaq istəyininin olduğunu bildirən səfir xüsusilə vurğulayıb ki, Ukrayna xalqına qarşı bu həyasız hücumlara son qoymaqla humanitar fəlakəti dayandırmaq lazımdır.
“Beynəlxalq ictimaiyyət Rusiya qüvvələrinin təhlükəli hücumunu dayandırmasını tələb etməkdə yekdil olmalıdır. Ukrayna xalqı bizə arxalanır və biz onları ruhdan salmamalıyıq”.
Xatırladaq ki, ötən cümə günü Ukrayna prezidenti Volodimir Zelenski Rusiya qoşunlarının Ukraynanın cənubundakı atom elektrik stansiyasına hücumundan sonra Rusiyanı “nüvə terroru” nda ittiham etmişdi.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.