Putin Orbanla bu məsələləri müzakirə etdi
Rusiya Prezidenti Vladimir Putin Macarıstanın Baş naziri Viktor Orban ilə telefonla danışıb.
BEY.AZ xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı liderlər enerji sahəsində qarşılıqlı faydalı layihələrin inkişafını müzakirə ediblər. Bundan əlavə, Putin Orbanı Kiyevin nizamlanma imkanlarını istisna edən dağıdıcı siyasəti barədə məlumatlandırıb.
Viktor Orban isə Ukrayna böhranının diplomatik yollarla həllinin vacibliyini vurğulayıb və bu istiqamətdə maraqlı olduqlarını bildirib.
Danışıq zamanı tərəflər Suriyadakı hadisələr fonunda Yaxın Şərqdə mövcud gərgin vəziyyətə də toxunublar.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |