Putin Paşinyanla Qarabağda sabitliyin qorunması məsələsini müzakirə etdi
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyan ilə telefon danışığı aparıb.
Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Qarabağda sabitliyin qorunması ilə bağlı fikir mübadiləsi davam etdirilib. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9/10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixlərində əldə edilmiş üçtərəfli razılaşmalarına ciddi əməl olunmasının zəruriliyi təsdiqlənib”, – məlumatda deyilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.