Putin Polad Bülbüloğlunu təltif etdi
Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Moskvadakı keçmiş səfiri Polad Bülbüloğlunu “Aleksandr Nevski” ordeni ilə təltif edib.
BEY.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, Prezident Putin bununla bağlı müvafiq Fərman imzalayıb.
Polad Bülbüloğlu Rusiya və Azərbaycan arasında qarşılıqlı münasibətlərin möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə bu ali mükafata layiq görülüb.
Xatırladaq ki, Polad Bülbüloğlu ötən həftə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb və VII Çağırış Milli Məclisin deputatı seçilib.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |