Putin Qərbə mesaj verdi
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə “nüvədən çəkindirmə” mövzusunda görüş keçirib.
BEY.AZ xəbər verir ki, Putin bəyan edib ki, nüvədən çəkindirmə sahəsində dövlət siyasətinin əsaslarının yenilənməsi gündəmdədir. Bunun hərbi doktrinanın və Rusiyanın nüvə strategiyasının rəsmi şəkildə müəyyən edildiyi və təfərrüatlı şəkildə ifadə edildiyi bir sənəd olduğuna diqqət çəkən Putin, bu sənədlə nüvə silahının istifadəsinin əsas prinsipinin müəyyən edildiyini bildirib. Putin nüvə silahından istifadənin ölkənin suverenliyini qorumaq üçün əl atılacaq son həmlə olduğunu vurğulayıb.
Putin, “Vurğulamaq istərdim ki, biz həmişə belə məsələlərə böyük məsuliyyətlə yanaşırıq. Bu silahların nəhəng gücə malik olduğunu dərk edərək, qlobal sabitlik üçün beynəlxalq hüquqi bazanı gücləndirməyə, nüvə silahlarının və onların yayılmasının qarşısını almağa çalışdıq” deyə bildirib.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |