Putin TƏSDİQ ETDİ: Bu ölkələr Rusiyanın dostu deyil
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiya hökuməti Rusiya Federasiyasına qarşı dost olmayan hərəkətlər edən xarici dövlətlərin və ərazilərin siyahısını təsdiq edib.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Siyahıya Avstraliya, Albaniya, Andorra, Böyük Britaniya, o cümlədən Cersi, Anqilya, Britaniya Virciniya adaları, Cəbəllütariq, Avropa İttifaqına üzv dövlətlər, İslandiya, Kanada, Lixtenşteyn, Mikroneziya, Monako, Yeni Zelandiya, Norveç, Koreya Respublikası, San Marino, Şimali Makedoniya, Sinqapur, ABŞ, Tayvan, Ukrayna, Monteneqro, İsveçrə, Yaponiya daxildir.
Qeyd edək ki, Rusiya fevralın 24-də səhər tezdən Ukraynada hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin qeyd edib ki, bu əməliyyatların aparılmasında məqsəd “Ukraynanın demilitarizasiyası və denazifikasiyası”nın həyata keçirilməsi, Donbass sakinlərinə qarşı cinayətlərə görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb edilməsidir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.