fbpx

Putin və Şoyqu “Moskva” gəmisinin vurulduğunu eşidəndə ŞOKA DÜŞÜB – Rusiyanın belini qırdılar

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Ukraynanın “Neptun” raketi ilə Rusiyanın Qara dəniz donanmasına məxsus “Moskva” kreyserini vurması Rusiya üçün çox mühüm itkidir. Bu gəmi 2008-ci ildə Gürcüstanın atəşə tutulmasında iştirak edib. 2014-cü ildə Krımın ilhaqı zamanı aktivlik göstərib, 2016-da Suriyaya qarşı döyüşlərdə iştirak edib. Ən maraqlı məqam odur ki, bu kreyserin əsası 1976-cı ildə Ukraynanın Nikolayev şəhərində qoyulub, 1983-də istismara verilib. Ukraynada əsası qoyulan kreyserin elə Ukrayna ərazisində də fəaliyyətinə son qoyuldu.

Metbuat.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

“Qeyri-rəsmi məlumatlara görə, Rusiya müdafiə naziri bu xəbərdən sonra infarkt keçirib. Rusiya qurudakı uğursuzluğundan sonra ən çox “Moskva” kreyserinin dəstəyinə ümid edirdi. Artıq Rusiya Qara dənizdəki gəmilərinin zərbə ala bilməsindən ehtiyat edir və gəmiləri geri çəkib. Baltik dənizinə NATO-nun birinci daimi dəniz qüvvələri daxil olub. Bu da Rusiya üçün narahatlıq yaradıb. Rusiya isə kreyserin batması hadisəsinin mahiyyətini kiçiltməyə çalışır. Guya bu, dənizçilərin səhlənkarlığı ucbatından baş verib”, – ekspert qeyd edib.

Rüya tabirlerini burdan oku

Polkovnik bildirib ki, kreyserdə S-300 “Favorit” zenit-raket kompleksləri var idi:

“Həmçinin kreyser 16 müxtəlif hədəfi eyni anda sıradan çıxarma gücünə malik idi. Təxminən, 750-800 milyon dollar dəyərində olan bu kreyserdə xeyli məxfi avadanlıqlarlar mövcud idi. Bunun Ukrayna və ya NATO-nun əlinə keçməməsi üçün Rusiya gəmini uzaqlaşdırmağa çalışdı. Onsuz da bərpası mümkün deyildi. Buna sərf edəcəyi pulla Rusiyanın yeni kreyser hazırlaması daha asan başa gələrdi”.

Ü.Cəfərov deyib ki, Rusiyanın başqa gəmiləri də var, amma “Moskva” flaqman idi:

“Moskva” flaqman gəmisi, Qara dəniz donanmasının onurğa sütunu idi. Kreyserdə radar sistemi var idi. Yüz kilometrlərlə məsafədən təyyarələri təsbit edib, məlumatı ötürürdü. Bu səbəbdən Ukrayna üçün kreyserin məhvi mühüm hadisədir. Artıq Ukraynanın Xarkov, Odessa kimi şəhərlərinin atəşə tutulma təhlükəsi azaldı. Hətta Zelenski buna ironiya ilə münasibət bildirdi ki, Ukrayna üçün təhlükə yaradan şəxsi heyətin ixtisarına yalnız sevinə bilərik. Faktiki olaraq 496 nəfərin taleyi hələ bəlli olmasa da, istənilən halda artıq onlar döyüş qabiliyyətində deyillər”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu