Putin və Zelenski razılaşmaya yaxındır: Ukrayna lideri sığınacaqdan çıxdı
BEY.AZ informasiya agentliyi xəbər verir
Ukrayna prezidenti Vladimir Zelenski daha sığınacaqda saxlanmır.
Metbuat.az xəbər verir ki, bu barədə CNN Türk televiziyasının Ukraynaya ezam olunmuş xüsusi müxbiri yerli mənbələrə istinadən belə məlumat verib. O bildirib ki, bundan əvvəl Zelenski prezident sarayının yaxınlığında yerləşdiyi güman edilən sığınacaqda olurdu. Vacib hallarda isə o, sığınacağı tərk edirdi. Jurnalistin iddiasına görə, Zelenski son bir neçə gün ərzində demək olar ki, sığınacağa getməyib. Bəzi mənbələr iddia edir ki, Zelenskinin bu addımı Ukrayna liderinin Rusiya ilə razılaşmaya yaxın olduğuna işarədir. Buna görə də o, həyatı üçün təhlükə hiss etmir.
Qeyd edək ki, Zelenski son çıxışlarında Rusiya ilə Donbas və Donetsk məsələsi də daxil olmaqla problemləri müzakirə etməyə hazır olduğunu ifadə etmişdi. Ukrayan liderinin ilk dəfə Donbas və Donetsk məsələsini müzakirə etməyə hazır olmasını açıqlaması bəzi müzakirələə yol açıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.