“Putin Zelenskinin Ukrayna prezidenti olduğunu tanıyır”
BEY.AZ informasiya agentliyi xəbər verir
“Rusiya Vladimir Zelenskinin Ukrayna prezidenti olduğunu tanıyır”.
Metbuat.az xəbər verir ki, Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov cümə günü jurnalistlərə açıqlamasında belə deyib.
“Bəli, əlbəttə. Zelenski Ukraynanın prezidentidir”, – Kreml sözçüsü bununla bağlı suala cavab verib.
Dmitri Peskov Rusiya Federasiyası və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında yaxın gələcəkdə təmasların olub-olmayacağı barədə heç nə deməyib.
“İndi mən bu barədə heç nə deyə bilmərəm”, – deyə Peskov qeyd edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.