fbpx

Putinin gizli ordusu ilə bağlı yeni iddia: Pentaqon rəsmisi açıqladı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“”Vaqner qrupu” kimi tanınan qeyri-qanuni silahlı qruplaşma müstəqil qurum deyil, ona tamamilə Kreml nəzarət edir”.

Metbuat.az xəbər verir ki, bu fikirləri ABŞ Müdafiə Nazirliyinin spikeri Laura Kuper deyib. O bildirib ki, Vaqner Kreml liderlərinin dəstəyi və rəhbərliyi ilə Rusiyanın Ukraynaya hərtərəfli hərbi müdaxiləsinin bir hissəsi kimi fəaliyyət göstərir.

Pentaqonun sözçüsü qeyd edib ki, Kreml “Vaqner qrupu”na Ukraynada cəbhəyə göndərilmək üçün həbsxanalardakı məhbusları cəlb etməyə icazə verir. Kuperin sözlərinə görə, “Vaqner qrupu” ilə Rusiya dövləti arasında simbiotik əlaqə və koordinasiya mövcuddur.

Rüya tabirlerini burdan oku

Qeyd edək ki, Ukraynadakı cəbhədə “Vaqneritlər” əsasən Baxmut istiqamətində iştirak edirlər. Məlumatlarda o da bildirilir ki, onların şəhəri ələ keçirmək üçün bir neçə ay uğursuz cəhdləri olsa da nəticədə böyük itkilər verərək geri çəkilməli olublar. Xatırladaq ki, ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi dekabr ayının sonunda elan edib ki, Rusiyanın Vaqner muzdlu qruplaşması təsir dairəsini genişləndirir, məhkumları cəlb edir və Şimali Koreyadan silah alır.


Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Putinin #gizli #ordusu #ilə #bağlı #yeni #iddia #Pentaqon #rəsmisi #açıqladı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu