fbpx

Putinin məqsədi Ukraynanın NATO ilə məsafəsinə nail olmaqdır

BEY.AZ informasiya agentliyi xəbər verir


“Müharibə gündəlik maddi olaraq da böyük kapital itkisi ilə müşahidə olunur. Rusiyanın iqtisadi hücumlar qarşısında vəziyyəti hər keçən gün çətinləşir. Kimlərsə düşünə bilər ki, Putin bütün bunları əvvəldən bilirdi. Amma nəzərə almaq lazımdır ki, Rusiyanın hədəfi çox qısa zamanda paytaxt Kiyevə çatmaq idi”.

Metbuat.az xəbər verir ki, bu şərhi politoloq Tural İsmayılov edib. Onun açıqlamasına görə, böyük ehtimal “ildırımsürətli müharibə” planının ssenarisi də belə hazırlansa da, Rusiya çox qısa zamanda istəyinə nail ola bilmədi.

Ictimai sabitlik deyerdir! - Tural İsmayılov yazır

“Bildiyiniz kimi, Rus rublu rekord səviyyədə dəyər itirir. Hazırda Rusiyada 1 dollar 107 rubl civarındadır. Bu da dollar-rubl tandemində 28.4% artımdır. Rus rublunun dəyər itkisi daha da dərinləşəcək. Hətta Rusiya ilə yaxın münasibətlərdə olduğu deyilsə də, əslində Rusiya ilə daim rəqabətdə olan Çin də Rusiya əleyhinə kampaniyalara qoşulub.

İddia edilir ki, “Bank of China” Sinqapur filialı Rusiya nefti və Rusiya şirkətləri ilə sövdələşmələrdə maliyyə dəstəyini dayandırıb. Təkcə 3 gün ərzində Ukrayna Rusiyanın 3000 canlı qüvvə itirdiyini deyir, eyni zamanda Rusiya da Ukraynaya ciddi itkilər yaşadıb. Ukraynanın şəhərləri və şəhər infrastrukturuna maddi və mənəvi olaraq Rusiya aqressiyası ilə xeyli zərbə dəyib. Bütün bu hadisələr fonunda Rusiya və Ukrayna arasında danışıqlar mütləqdir və reallaşmalıdır”.

Politoloq qeyd etdi ki, danışıqların gecikdiyi hər gün Rusiyanın iqtisadi və siyasi gələcəyi üçün ciddi nəticələnəcək öldürücü sanksiyalarla, Ukrayna üçün isə ciddi dağntılarla üz-üzə qalmaqla nəticələnir. Əgər danışıqlar baş tutarsa atəşkəs baş verə bilər.

“Danışıqlarda Rusiyanın əsas tələbi Ukraynanın hərbsizləşdirilməsi və NATO ilə məsafəsini qorumağıdır. Ola bilər ki, Ukrayna bu məsələdə Rusiya ilə müəyyən nüanslarda anlaşa bilsin. Eyni zamanda Ukrayna da Rusiyanın tutduğu ərazilərdən çıxmağını istəyəcək və həmçinin də Donbas bölgəsinin gələcəyi ilə bağlı Rusiyadan daha tutarlı qarantiya arzulaya bilər. NATO-nun Şərqə doğru genişlənməməyində Ukrayna öz üzərinə düşəni etsə Rusiya da Donbas ilə bağlı atdığı addımlarda korrektələr edə bilər. Mənə görə, Rusiyanın məqsədi Ukrayna ərazilərini işğalda saxlamaqdan daha çox Ukraynanın NATO ilə məsafəsinə nail olmaqdır”deyə Tural İsmayılov fikrini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin