fbpx

Putinin NATO BƏHANƏSİ: “Rusiya müstəqil Ukrayna dövlətinin mövcud olmasında maraqlı deyil”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Ötən gün Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, NATO-nun genişlənməsi Rusiyanın mövcudluğuna təhlükə deyil, bu halda nüvə silahının tətbiqinə ehtiyac yoxdur. Putinin sözçüsü bunu İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsi ilə bağlı suala cavabında deyib.

Peskovun bu açıqlamasına münasibət bildirən siyasi ekspert Şahin Cəfərli düşünür ki, NATO mövzusu Rusiyanın Ukraynaya qarşı aqressiyasının səbəbi deyil.


Rüya tabirlerini burdan oku

NATO məsələsi bəhanədir, Rusiya sadəcə olaraq, müstəqil, suveren, demokratik, milli Ukrayna dövlətinin mövcud olmasında maraqlı deyil və onu belaruslaşdıraraq tam şəkildə öz nüfuz dairəsinə qaytarmaq istəyir. Bu müharibədən qaçmağın yeganə yolu Rusiyanın təslimçi şərtlərini qəbul etmək idi. Ümumiyyətlə Rusiya ilə konfliktdən qaçmağın yeganə yolu isə Yanukoviç və ya o tipli Rusiyaya bağlı birinin hakimiyyətdə olması idi. Ukraynalılar bu variantları qəbul etmədilər. Ukrayna savaşından əvvəl də, sonra da dəfələrlə qeyd etmişdik ki, Putin məhz bu məqsədi həyata keçirmək üçün müharibə əmrini verib.Amma cəbhədə bundan sonra baş verəcək hadisələrdən asılı olmayaraq, Putin bu məqsədinə çatmayacaq”.

Ekspert bildirdi ki, Ukrayna ən pis halda Finlandiya kimi “bir-iki barmağını” (bir qisim ərazi) itirməklə gövdəsini ayının pəncələrindən xilas edib, yoluna davam edəcək.

“Finlandiyanın Rusiya ilə 1300 km-ə yaxın quru sərhədi var. Həmçinin İsveç də Baltik dənizi regionunda Rusiyanın qonşusudur. Bu ölkələr NATO üzvlüyü üçün rəsmi müraciət etməyi düşünürlər və belə bir müraciətdən çox qısa müddət sonra ittifaqa qəbul olunacaqlar, çünki təşkilatın siyasi və hərbi kriteriyalarına uyğundurlar. Rusiyanın ötən ilin dekabrında ABŞ ilə NATO qarşısında qoyduğu tələbləri və bu məsələ ətrafında qopardığı fırtına ilə bərabər Putinin Ukraynaya qarşı iddialarını əsaslandırmaq üçün bu ölkənin NATO-ya yaxın gələcəkdə ehtimal edilməyən və gözlənilməyən üzvlüyü məsələsini necə önə sürdüyünü xatırlasaq, Peskovun timsalında Moskvanın dəyişən ritorikasını görmək olar. Bu dəyişiklik qısa müddətdə Rusiya əleyhinə dəyişən beynəlxalq konyukturdan qaynaqlanır. Şübhəsiz ki, bunda Ukrayna xalqının tarixi əhəmiyyətli müqavimətinin böyük rolu var” deyə Şahin Cəfərli qeyd edib.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu