fbpx

Putinin səhhəti ilə bağlı şok ARAŞDIRMA

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu ilin oktyabrında 70 yaşı tamam olacaq Rusiya prezidenti Vladimir Putinin sağlamlıq vəziyyəti ilə bağlı araşdırma yazı hazırlanıb.

Metbuat.az modern.az-a istinadən xəbər verir ki, “Proyekt” nəşrinin Putinin yubileyi ilə bağlı araşdırmasında deyilir ki, hazırda prezidenti tiroid xərçəngi cərrahı da daxil olmaqla böyük bir həkim qrupu müşayiət edir.

Jurnalistlərin fikrincə, Rusiyanın tibb dairələrində prezidentin səhhətindəki problemlərdən getdikcə daha çox danışırlar.

Putin harda müalicə olunub?

Nəşrin mənbələrinə görə, Rusiya prezidenti yaşlandıqca, Moskvanın qərbindəki Mərkəzi Klinik Xəstəxanaya getməyə başlayıb.

“Gələn kimi onu xəstəxana rəhbərliyi qarşılayır, sonra prezidentlə əvvəlcədən təyin olunmuş həkimlər görüşürlər. Belə həkimlərdən biri, uzun müddət reanimatoloq Dmitri Verbov olub. İnternetdə o, kəskin xəstəliklərə, xəsarətlərə və zəhərlənmələrə kömək edən təcili yardım təlimatının müəllifi kimi qeyd olunur. Görünür Verbov Putini yaxşı müalicə edib ki, o, əvvəlcə “Rusiyanın əməkdar həkimi”, sonra isə tibbi işlər müdiri oldu”, – deyə araşdırmada qeyd eilib.

Nəşrin məlumatına görə, illər keçdikcə həkimlər Putini daha tez-tez müşayiət etməyə başladılar: onlar prezidentin iqamətgahına gedir və onunla səfərlərdə görünürlər.

Putinin digər həkimləri…

Araşdırmaya görə, Vladimir Putin 2017-ci ilin may ayının əhəmiyyətli hissəsini sevimli məkanda – Soçidə keçirib, burada xokkey oyunu zamanı əfsanəvi veteran Pavel Bure təsadüfən Rusiya Prezidentinə çırpılıb və dövlət başçısı yıxılıb. Elə həmin gün həkim Konstantin Sim Prezident Administrasiyasının tərkibində olan və Putinin iqamətgahından bir qədər aralıda yerləşən “Rus” sanatoriyasında məskunlaşıb. O, ortoped-travmatoloqdur və jurnalistlərin fikrincə, Putinin həkimlərindən biridir.

“Bu, paradoksdur, uzun illər Putinin səhhəti ilə bağlı məlumatları gizlədən hakimiyyət prezidentin həkimləri haqqında gizliliyi qorumayıb”, – nəşrin məlumatında deyilir.

Araşdırmaçı jurnalistlər 2016-2017-ci illərdə Putini müntəzəm olaraq Soçiyə orta hesabla beş həkimin müşayiət etdiyini öyrəniblər. Onların arasında Lor Aleksey Şeqlov və infeksionist Yaroslav Protasenko, reanimatoloq, neyrocərrah, təcili yardım həkimi Sergey Snejko kimi şəxslər var.

“Ancaq zaman-zaman prezidentin yanında həkimlərin sayı kəskin şəkildə artır”,-deyə “Proyekt” nəşri iddia edir ki, Putin ya bel-kürək nayihəsindən əməliyyat olunub, ya da çox ciddi müalicə alıb.

“25 noyabr 2016-cı ildə prezident Kremldə məşhur aktyor Stiven Siqalla görüşür və sonra dekabrın 1-dək yoxa çıxır”, – nəşr yazır.

Məqalədə qeyd olunur ki, məhz həmin dövrdə Soçidəki “Rus” sanatoriyasında eyni anda 12 həkim peyda olub. Çox güman ki, onlar orada Putini müalicə ediblər.
Putinin müalicəsi üçün ora çağırılan həkimlər sırasında Dmitri Verbovla yanaşı, Oleq Mışkinin rəhbərlik etdiyi neyrocərrahları qrupunun (neyrocərrahiyyə mütəxəssisi Yelena Rastrusina, böyük tibb bacısı Lyudmila Kadenkova və reabilitasiya mütəxəssisi Mixail Tsykunov) da adı çəkilir.

Nəşr yazır ki, həmin müalicədən sonra, artıq dekabrın 1-də Putin Federal Məclisdə çıxış etdi və bir il sonra Oleq Mışkinə “Rusiyanın əməkdar həkimi” adı verdi.

Araşdırmaya görə, 2019-cu ildə Vladimir Putinin yenidən genişmiqyaslı tibbi yardıma ehtiyacı olub. Noyabrın 30-u və dekabrın 1-i həftəsonu o, Soçidə olsa da, ictimaiyyət qarşısına çıxmayıb. Sonra ora rekord sayda həkim gəlib – Mışkinin rəhbərlik etdiyi Mərkəzi Klinik Xəstəxananın Neyrocərrahiyyə şöbəsinin eyni mütəxəssisləri də daxil olmaqla bir anda 13 nəfər. Onlara onurğa zədələri üzrə mütəxəssis Yelena Denisenko və əməliyyat otağının tibb bacısı Qulfia Abdulina da qoşulub.

Eyni zamanda, prezidenti daim müşayiət edən həkimlərin ümumi sayı da artıb – onlar 2019-cu ildə orta hesabla 9 nəfər olub. Jurnalistlər əmindirlər ki, Rusiya prezidentinin problemləri təkcə onurğa ilə bağlı deyil.

Putində xərçəng var?


“Proyekt” nəşri yazır ki, 2019-cu ilin fevralında Putin belaruslu həmkarı Lukaşenko ilə “Qazprom”a məxsus “Laura” kurortunda xizək sürməyə gedib. Həmin günlərdə kurortdakı “Polyana” otelində xeyli həkim – iki reanimatoloq, bir nevroloq, bir dermatoveneroloq, iki lor və bir cərrah da qalıb.

“Həkimlərin bu tərkibi çox xarakterikdir. Otolarinqoloqlar Şeqlov və İqor Esakov, həmçinin cərrah Yevgeni Selivanov Putini ən çox müyaşiət edənlərdi. Məsələn, Şeqlov 4 il ərzində Putinə görə 59 dəfə Soçiyə uçub və 282 gün onunla qalıb. Selivanov – 35 dəfə uçub, 166 gün qalıb. Bu briqada Putinin həm Soçidə rəsmi olduğu müddətdə, həm də ölkə başçısının “yoxa çıxdığı” anlarda onun yanında olur.
2017-ci ilin avqustunda Putin uzun müddət ictimai səhnədən yoxa çıxıb. Avqustun 8-dən avqustun 16-dək. Bütün bu müddət ərzində Soçidə Şeqlov və Selivanov da daxil olmaqla altı həkim olub. Bu iki həkim isə Putin üçün daha vacibdir”.

Jurnalistlərin fikrincə, Selivanov cərrahdır, ən azı son vaxtlara qədər onkologiya üzrə ixtisaslaşıb və qalxanabənzər vəzin xərçəngi olan yaşlı xəstələrin diaqnostikası və cərrahi müalicəsi haqqında dissertasiya yazıb.

Lor Şeqlov isə dissertasiyasına görə həm də cərrahdır və hətta Putinlə fotoşəkillərdə də görünüb. Keçən il onun atası, həm də cərrah olan Nikolay Şeqlov Vahid Rusiyadan Dövlət Dumasının deputatı seçilib.

“Proyekt” nəşri yazır ki, prezident Putinin özü açıq şəkildə qalxanabənzər vəzi xərçəngi probleminə maraq göstərib. Belə ki, 2020-ci ilin iyul ayında o, Milli Tibbi Tədqiqat Endokrinologiya Mərkəzinin rəhbəri İvan Dedovla görüşüb. O, Rusiya prezidentinə “Tirodjin” adlı yeni hormonal dərman haqqında danışıb. Putin həmin vaxt Dedova “95-98% sağalma olurmu” sualını verib. Cavab “bəli” olub.

Araşdırmada qeyd olunur ki, Risiyanın tibb dairələrində həqiqətən prezidentin səhhətindəki problemlərdən danışırlar.

“Bu söhbətlər xüsusilə keçən ilin payızının əvvəlində Putin özünü qəribə aparanda daha da gücləndi… Həmin vaxt o, qəfildən təcrid olunmağının vacibliyini bildirdi, bunu ətrafda çox adamın koronavirusa yoluxması ilə əlaqələndirdi. Bu xəbər hətta prezidentin ətrafı üçün də sürpriz oldu… Prezident o zaman hansısa tibbi manipulyasiyaya məruz qalıbmı, məlum deyil, amma bundan sonra o, insanlarla çox uzaq məsafədən oturaraq, ünsiyyət qurmağa başladı. Nəhəng masalar peyda oldu. Başqa sözlə, əgər əvvəllər Putin sözün məcazi mənasında insanlardan uzaqlaşırdısa, indi bunu ən praktiki şəkildə etməyə başlayıb”, – araşdırmada deyilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin