Qəbələdə qadın ana və qızını bıçaqladı
Qəbələdə qadın və onun qızı bıçaqlanıb.
Bu barədə BEY.AZ-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib.
Qeyd edilib ki, oktyabrın 17-si saat 20:30 radələrində Qəbələ şəhər sakini Elnarə Tahirovanın və onun 17 yaşlı qızının kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilmələri barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə ana və qızına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Salatın Əhmədiyyəzadə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.