Qəhvə bu xəstəliyə faydalı imiş
Alimlər qəhvə istehlakının Parkinson xəstəliyi ilə mübarizədə kritik əhəmiyyətə malik olduğunu üzə çıxarıblar.
BEY.AZ Medicina.az-a istinadən xəbər verir ki, alimlər qəhvə istehlakı ilə Parkinson xəstəliyi arasında tərs mütənasiblik olduğunu müəyyən ediblər.
“Neurology” jurnalında dərc edilən araşdırmada müntəzəm olaraq qəhvə içən fərdlərdə Parkinson xəstəliyinə tutulma riskinin daha az olduğu anlaşılıb.
Araşdırmada qəhvə içənlərin 25 faizində Parkinson xəstəliyinə tutulma riskinin heç qəhvə içməyənlərə nisbətən 40 faiz daha az olduğu qeyd edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |