“Qələbə qaçışı” yarışının qalibləri müəyyənləşdi
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda Zəfər Gününün dördüncü ildönümünə həsr olunan “Qələbə qaçışı” adlı xeyriyyə tədbiri keçirilib.
BEY.AZ xəbər verir ki, “Qürurla irəli” devizi altında keçirilən qaçış Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin qarşısından start götürüb. İştirakçılar 10 kilometr məsafəni qət edərək eyni məkanda finişə çatıblar.
Qaçışın nəticələrinə əsasən, nəzərdə tutulan məsafəni kişilərdə ilk qət edən Elmar Abışov olub. Samir Hüseynov ikinci, Musa Mikayılzadə isə üçüncü yeri tutub.
Qadınlarda isə birinci yerə Anna Yusubova çıxıb.
“Qələbə qaçışı”na gənclər və idman naziri Fərid Qayıbov, onun müavini Mariana Vasileva iştirak ediblər.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |