Qərbi Azərbaycan toponimləri barədə kitab çapdan çıxdı
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin hazırladığı “Qərbi Azərbaycan toponimlərinin leksik-semantik xüsusiyyətləri” kitabı çapdan çıxıb.
Bu barədə BEY.AZ-a AMEA-dan bildirilib.
Qeyd edilib ki, kitabda şöbə əməkdaşlarının və institutun bəzi alimlərinin yazdıqları elmi məqalələr toplanmışdır. Məqalələr Qərbi Azərbaycanın toponimləri ilə bağlıdır.
Burada toponimlərin leksik-semantik xüsusiyyətləri ilə yanaşı, onların tarixi və etimologiyası barədə də maraqlı elmi faktlar var.