Qərbi Azərbaycan toponimləri ilə bağlı elektron baza yaradılacaq
Qərbi Azərbaycan toponimləri ilə bağlı elektron bazanın yaradılması istiqamətində işlər aparılır.
BEY.AZ xəbər verir ki, bunu Coğrafiya İnstitutunun direktoru Zakir Eminov Milli Məclisdə “Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda ictimai dinləmədə deyib.
O bildirib ki, yaxın vaxtlarda bu istiqamətdə işlər yekunlaşacaq.