Qəzada sağ qalan sərnişinlərdən 7 nəfər Bakıya gətirildi
“AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanlara tibbi yardım məqsədi ilə xilasedicilər, Səhiyyə Nazirliyinin peşəkar həkimlərdən ibarət qrupu Aktauya şəhərinə göndərilib”.
BEY.AZ xəbər verir ki, bunu general-mayor Adil Abdullayev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, hazırda 7 nəfər xəsarət alan şəxs Bakıya gətirilib:
“Vəziyyəti qənaətbəxş hesab edilən daha 7 nəfər şəxs gətiriləcək. Paytaxtın tibb müəssisələrində onların müalicəsi davam etdiriləcək”.
A.Abdullayev əlavə edib ki, 4 nəfərin nəşi də bu gün Bakıya gətirilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |