Qəzaya uğrayan təyyarənin radarda görünməyən hissəsi dərc edildi
“FlightRadar24” dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin uçuşunun radarda görünməyən hissəsini dərc edib.
BEY.AZ oxu.az-a istinadən xəbər verir ki, bu barədə “FlightRadar24″nun rəsmi saytında məlumat verilib.
Qeyd olunur ki, “J28243” reysi ilə Bakıdan Qroznıya uçan təyyarə UTC 03:55-də yola düşüb. Təyyarə uçuş zamanı əhəmiyyətli GPS müdaxiləsi ilə qarşılaşdığı zaman ADS-B-nin yeri barədə dəqiq məlumatlar 04:25-ə qədər qəbul edilib. Təyyarə saat 04:25-dən 04:37-dək mövqe məlumatlarının göndərilməsini tamamilə dayandırıb. 04:37 ilə 04:40 arasında təyyarə təxmini səhv mövqe məlumatlarını göndərib.
“Flightradar24” qəbulediciləri 04:40-dan 05:03-ə qədər təyyarədən məlumat ala bilməyiblər və 05:04-dən 05:13-ə qədər ikinci boşluq yaranıb. 05:13-dən 06:07-dək təyyarədən alınan bütün məlumatlarda mövqe məlumatı olmayıb. 06:07 UTC-dən 06:28-ə qədər təyyarədən mövqe məlumatları qəbul edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |