Qəzza ilə bağlı atəşkəs müqaviləsi imzalana bilər
İsrailin baş naziri Binyamin Netanyahunun Qəzzada atəşkəsi müzakirə etmək üçün Qahirəyə getdiyi iddia edilib.
BEY.AZ xəbər verir ki, bu barədə “Reuters” agentliyi diplomatik mənbələrə istinadən məlumat verib. Bildirilir ki, diplomatik mənbələr tərəflərin atəşkəs razılığı imzalamağa yaxın olduğunu bildiriblər. Lakin İsrail Baş Nazirliyinin sözçüsü Ömər Dostri sosial media hesabındakı açıqlamasında Netanyahunun Qahirəyə getməsi xəbərinin doğru olmadığını bildirib. Dostri Netanyahunun harada olduğu barədə məlumat paylaşmayıb.
Qeyd edək ki, HƏMAS atəşkəs üçün məhsuldar danışıqların aparıldığını və İsrailin yeni şərtlər irəli sürməyi dayandıracağı təqdirdə razılığın əldə oluna biləcəyini açıqlayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |