Qəzza zolağındakı humanitar bölgədə su xəttləri sıradan çıxarılıb
İsrail ordusunun Qəzza zolağının cənubunda humanitar zona elan etdiyi ərazini təmin edən su xətlərini sıradan çıxarıb.
BEY.AZ xəbər verir ki, Qəzzanın rəsmi dairələrinin açıqlamasına görə, İsrail ordusu hücumlardan sonra geri çəkilərək, Xan Yunus şəhərində humanitar zona elan edib. İsrail ordusunun geri çəkilməsi ilə bölgənin infrastrukturunda, yaşayış məskənlərində, həyati əhəmiyyətli binalarda geniş dağıntılar müşahidə edilib. Hücumlar zamanı əsas su xətlərininin də məhv edildiyi qeyd edilib.
Qeyd edək ki, İsrail ordusu Qəzza zolağının bir çox bölgəsində, xüsusilə Xan Yunisdə hava və artilleriya hücumları ilə fələstinlilərin evlərini və köçkünlərin çadırlarını hədəf alır. Bu hücumlarda çoxlu fələstinli həyatını itirib və yaralanıb.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |