Qəzzada ikinci Nəkbə yaşanır – Abbas
Fələstin Prezidenti Mahmud Abbas Qəzza zolağında tarixdə görünməmiş soyqırım həyata keçirildiyini bəyan edib.
BEY.AZ xəbər verir ki, Fələstin müqavimətinin ən mühüm simvollarından sayılan Fələstinin ilk prezidenti Yasir Ərəfatın ölümünün 20-ci ildönümü ilə əlaqədar Mahmud Abbasın çıxışı dərc olunub. O çıxışında Qəzzada ikinci Nəkbənin yaşandığını ifadə edib. Fələstin xalqının çətin prosesdən keçdiyini qeyd edən Abbas, Qəzzada minlərlə insanın öldüyünü, hər yerin dağıdıldığını bildirib. Abbas, İsraildəki ifrat sağçı hökumətin həyata keçirməyə çalışdığı deportasiya planının uğurlu olmayacağını bildirib. O, qeyd edib ki, Fələstin xalqının varlığı və Fələstin məsələsi aradan qaldırıla bilməz.
Qeyd edək ki, İsrail ordusu Qəzzanın şimalında hücumları intensivləşdirib.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |