Qəzzada İsrail əsgərləri itkilər verdi
HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağının şimal-qərbindəki Tevam bölgəsində 10 nəfərlik İsrail hərbi birləşməsinə hücum edib.
BEY.AZ xəbər verir ki, bu barədə İzzəddin əl-Qəssam Briqadaları açıqlama verib. Məlumata görə, hərbçilər raketlə hədəfə alınıb. Hücumun İsrail əsgərlərinin itkisinə səbəb olduğu bildirilib. İsrail ordusu hələlik hadisə ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, İzzəddin əl-Qəssam Briqadaları ötən il Məscidül-Əqsa başda olmaqla fələstinlilərə və müqəddəs dəyərlərə qarşı davamlı pozuntulara cavab vermək səbəbi ilə İsrailə hərtərəfli hücuma keçib. İsrailin cavab əməliyyatları nəticəsində Qəzzada 44 mindən çox insan həlak olub.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |