fbpx

Qəzzada xəstəxananı kim vurub? – Yeni detallar üzə çıxdı

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Xəbər verdiyimiz kimi, Qəzzadakı “Əhli-Ərəb” xəstəxanası hava zərbəsi ilə vurulub.

BEY.AZ bildirir ki, son rəqəmlərə görə hücum nəticəsində ölənlərin sayı 800-dən çoxdur. Dağıntılar altında çox sayda insan olduğu və ölənlərin sayının artacağı gözlənilir. Hadisə ilə bağlı ölkədə 3 günlük matəm elan edilib və bayraqlar endirilib.

Fələstin Prezidenti Mahmud Abbas hücumun İsrail tərəfindən edildiyini bəyan edib. İsrail ordusu hadisə ilə bağlı araşdırma aparıldığını və insidentin “İslami cihad” qruplaşması tərəfindən uğursuz raket buraxılışı nəticəsində baş verdiyini deyib. Fələstinin “İslami Cihad” təşkilatı ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, Yaponiya, Kanada kimi ölkələr tərəfindən terror qruplaşması kimi tanınır.

İsrailin Baş naziri Benyamin Netanyahu israilli hərbçilərin xəstəxanaya zərbə endirmədiyini açıqlayıb.

Artıq İsrail partlayışla bağlı topladığı kəşfiyyat məlumatlarını ABŞ-a təqdim edib. Bu barədə “Kan Hadaşot” xəbər agentliyi məlumat yayıb. Qəzzada ələ keçirilən danışıqların yazıları və müxtəlif vasitələrlə toplanmış digər məlumatlar da ABŞ-a ötürülüb.

Rüya tabirlerini burdan oku
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Qəzzada #xəstəxananı #kim #vurub #Yeni #detallar #üzə #çıxdı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu