Qəbələdə parçalanmış meyiti tapılan şəxs iş adamı imiş
BEY.AZ informasiya agentliyi xəbər verir
Qəbələ rayonunda vəhşi heyvanlar tərəfindən parçalanan kişi skeletinin itkin düşən adama məxsus olduğu ehtimalını artırıb.
Metbuat.az xəbər verir ki, Oxu.az-ın əldə etdiyi məlumata görə, Nohurqışlaq kəndinin dağlıq ərazisinə düşən hissəsində tapılan meyitin üzərindən 2022-ci ilin noyabr ayında meşədə itkin düşən Səyavuş Həmidova aid sim-kart tapılıb.
Ölənin kimliyinin müəyyən edilməsi istiqamətində polis və prokurorluq əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılır.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə 30 noyabr 2022-ci il tarixində Qəbələ rayonunda dağlıq-meşəlik ərazidə naməlum şəraitdə itkin düşmüş 1 nəfərin axtarışlarının aparılması üçün müraciət daxil olub. Həmin şəxs axtarılırdı.
İtkin düşən şəxsin qardaşı Mehdi Həmidov bildirmişdi ki, S.Həmidov gəzmək adı ilə evdən çıxıb və bir daha geri dönməyib.
O, rayonda mağaza sahibi olub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qəbələdə #parçalanmış #meyiti #tapılan #şəxs #iş #adamı #imiş