Qəfildən vəfat edən 9 aylıq hamilə olan Aytənin ölümünün TƏFƏRRÜATLARI / FOTOLAR
BEY.AZ informasiya agentliyi xəbər verir
Xəbər verdiyimiz kimi, Astara rayonunun Giləkəran kəndində 9 aylıq hamilə qadın qəflətən evində ölüb.
Metbuat.az xəbər verir ki, mərhumun yaxınları iddia edirlər ki, qadın Astara Rayon Mərkəzi Xəstəxanasında çalışan ginekoloqun səhlənkarlığı ucbatından dünyasını dəyişib.
Yaxınlarının iddiasına görə, hamilə qadına (Aytən) Fərqanə adlı ginekoloq müalicə edirmiş. O hamiləliyin doqquzuncu ayında ana bətnində körpənin (dölün) tam yetişmədiyini, əsas gətirərək pasiyentə müəyyən dərmanlar təyin edib. İddialara görə, ana bətnində dölyanı maye də quruyubmuş. Həkimin təyin etdiyi müalicədən iki gün sonra qəfil halı pisləşən qadın anidən yerə yıxılıb. Qızın ağzından köpük daşdığını görən yaxınları onu xəstəxanaya çatdırsalar da, Aytənin həyatını xilas etmək mümkün olmayıb. Yaxınları iddia edir ki, körpənin cifti boğazına dolandığı üçün o ana bətnində ölüb. Daha sonra ölmüş körpə ananı zəhərləyərək onun da həyatını itirməsinə səbəb olub.
Qeyd edək ki, bu, əczaçı kimi fəaliyyət göstərən mərhumun ilk hamiləliyi olub. Hazırda Astara Rayon Prokurorluğu tərəfindən ölümün səbəbi araşdırılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.