fbpx

Qərardan əvvəl maşın sifariş edən şəxs onu Azərbaycana necə gətirəcək?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Nazirlər Kabinetinin 2023-cü il 29 mart tarixli “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” qərarına əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsi məhdudlaşdırılır və qərar 30 gün sonra qüvvəyə minir.

Dövlət Gömrük Komitəsindən Metbuat.az-a verilən xəbərə görə, 2023-cü il 29 mart tarixinədək (29 mart tarixi də daxil olmaqla) xarici ölkələrdən alınmış və bunu təsdiq edən müvafiq ödəniş sənədləri gömrük orqanlarına təqdim edilməklə gətirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi nəzərdə tutulub.

14:12

Rüya tabirlerini burdan oku

29 marta qədər, 29 mart da daxil olmaqla, ödənişi edilmiş avtomobillərin Azərbaycana gətirilməsinə icazə veriləcək.

Metbuat.az xəbər veir ki, bu barədə APA-ya Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Qeyd edək ki, Nazilər Kabinetinin 29 mart 2023-cü il tarixli qərarına əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb. Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

Ancaq 29 marta qədər, 29 mart da daxil olmaqla, xaricdən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillər sifariş vermiş Azərbaycan vətəndaşları var. Həmin avtomobillərin ölkəyə gətirilməsi isə 3 aya qədər çəkə bilər. Beləliklə, bu məhdudiyyət həmin sifarişləri əhatə etməyəcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qərardan #əvvəl #maşın #sifariş #edən #şəxs #onu #Azərbaycana #necə #gətirəcək

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu