fbpx

​Qərb Rusiyanın “damarına basır”: Nüvə müharibəsi ehtimalı artır

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın bildirib ki, qarşıdakı aylarda Rusiya- Ukrayna arasındakı savaş daha da şiddətlənəcək.

Onun sözlərinə görə, bu, daha çox ölüm və daha uzunmüddətli böhran deməkdir:

“Atəşkəsdən əsir mübadiləsinə, taxıl daşınmasından nüvə təhlükəsizliyinə qədər bütün sahələrdə Türkiyə dialoqun təmin olunması üçün səylərini davam etdirir”.
Məlum olduğu kimi, bu günlərdə Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri, ordu generalı Sergey Şoyquya Ukraynada bütün təmas xətti boyunca atəşin dayandırılması barədə göstəriş vermişdi. Xüsusilə Qərb ekspertlərinin fikrincə, bu, Moskvanın blefidir və heç də işğalçının xoş niyyətininin təzahürü deyil.

Ukrayna isə Rusiyaya cavab olaraq bildirmişdi ki, danışıqlardan söhbət gedə bilməz. Bu, rəsmi Kiyevin qətiyyətindən xəbər verir.



Əlbəttə, atəşkəs müvəqqətidir. Sadəcə olaraq Rusiya beynəlxalq ictimai rəydə guya sülh istədiyinə dair rəy yaratmaq və Ukraynanı ittiham etmək istəyir. İkincisi isə, ola bilsin, Rusiya Qərb analitiklərinin iddia etdiyi kimi silahlanmaq və qruplaşmaq üçün əməliyyat fasilə verib.

Proseslər Ukrayna kəşfiyyatının Rusiyanın silah tədarükünün tükəndiyinə dair iddialarının gerçək olduğunu göstərir. Əslində bu, heç də utopiya deyil. Məsələ ondan ibarətdir ki, kütləvi raket hücumları Rusiyanın silah arsenalını sürətli zəiflədir. Ukraynadan fərqli olaraq isə Rusiyaya hərbi yardım göstərən dövlət, demək olar, yoxdur. Əlbəttə, İranın verdiyi “Şahed” PUA-ları da həlledici deyil. Artıq Ukraynanın silah arsenalında olan “Patriot”lar, “HİMARS”lar daha effektivdir.

Rusiyanın silah tədarükünün azalması və Ukraynaya hərbi dəstəyin artması fonunda Moskva getdikcə “dalana dirənir”. Bu isə Rusiyanın nüvə silahından istifadə ehtimalını getdikcə artırır.

Rüya tabirlerini burdan oku



Ümumiyyətlə, Qərbin son addımları birbaşa olaraq Rusiyanı təhrik etməyə, bu dövləti nüvə silahından istifadəyə sövq etməyə hesablanıb. Məqsəd isə adekvat cavabdır. ABŞ və müttəfiqləri bunu istəməsə idi, “Moskvanın damarına bu qədər basmazdılar”.

Kalının dediyi kimi, yaxın aylarda müharibənin daha da şiddətlənməsi mümkündür. Əvvəllər də bildirmişdik ki, bu il üçüncü dünya müharibəsinin rəsmi olaraq elan olunması istisna deyil.

Türkiyənin vasitəçilik təşəbbüslərinin də bundan sonra davam edəcəyi istisnasızdır. Çünki həm Moskva, həm də Kiyevlə münasibətlər Ankara üçün vacibdir.

Həmçinin perspektivdə müharibəyə son qoyulması Türkiyə Prezidenti Ərdoğanın və hakim AK parti iqtidarının nüfuzunu daha da artıracaq. Amma etiraf etmək lazımdır ki, Ankaranın işi hər ötən gün daha da çətinləşir. Savaşın nəinki Türkiyənin vasitəçiliyi nəticəsində bitməsi ümumiyyətlə, müharibəyə son qoyulması ehtimalı getdikcə azalır. Necə deyərlər, artıq ox yaydan çıxıb.

Beləliklə, Şərqi Avropadakı müharibə fonunda dünya dövlətlərini çətin günlər, bəşəriyyəti ciddi sınaq gözləyir.


Kənan Novruzov / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qərb #Rusiyanın #damarına #basır #Nüvə #müharibəsi #ehtimalı #artır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu