fbpx

Qərb topu Rusiyanın meydanına atdı: Barıt qoxusu çəkilmir– TƏHLİL

Rüya Yorumları burda

BEY MEDIA İnformasiya agenti xəbər verir


“Qərb-Rusiya qarşıdurması Ukraynanın başı üzərində yaratdığı qara buludları daha da qatılaşdırır, hərçənd, NATO Kremlin təhlükəsizlik konsepsiyasına dair tələblərinə cavab verdiyini açıqlayıb. Ancaq bu cavab münaqişənin müharibə həddinə çatmasını ən azından qısa müddətə təxirə salmaqdan başqa bir işə yaramayacaq”.

Metbuat.az xəbər verir ki, bunu siyasi məsələlər üzrə ekspert Aqşin Kərimov deyib. Müsahibin sözlərinə görə, qərb hərbi-siyasi kuluarlarından verilən bəyanatlar, Kremlin əsas tələbininin NATO-nun filtrindən keçmədiyini göstərir:


Rüya tabirlerini burdan oku

“ABŞ dövlət katibi Entoni Blinken və NATO Baş katibi Yens Stoltenberq çəkici eyni nöqtəyə döyərək Moskva üzərində inadkarlıq nümayiş etdirirlər. Bununla belə, düşünmək üçün məntiqi əsaslar var ki, diplomatik təmaslar nəticəsində Rusiyanın öz təhlükəsizliyinə dair NATO-dan zəmanət istəyən hədəqarışıq layihəsinin hansısa bəndləri razılaşdırılıb.
Qərb və Rusiyanın Kremlə ünvanlanan cavabın məzmununu açıqlamaması isə bu versiyanı aktual edir ki, tərəflər növbəti oyun qaydaları qurublar.

İndi qalır yeni qurulan “şahmat taxtasında” hansı dövlətin hansı damada yer alması məsələsi. Düşünmək çətin deyil ki, Qərb-Rusiya hibrid müharibəsinin real döyüş səviyyəsinə çatması başqa ölkələrdə gerçəkləşə bilər”.

Ekspert vurğuladı ki, siyasi-diplomatik intensivlik Ukraynanı müharibə meydanına çevirməyəcək:

“Bu arada, qarşılıqlı hədələr tonunun üstünlük təşkil etdiyi bəyanatlar bir məsələnin də effektiv nəticələr hasil etməyəcəyini ortaya qoyur. Qərbin Moskvanı diz çökdürmək üçün sanksiyalar arqumenti hərbi qarşıdurma ehtimalını nəinki azaldır, əksinə daha da güclü hala gətirir. Birincisi, ona görə ki, Rusiyanın bu sanksiyalara qarşı kontur tədbirləri mövcuddur. İkincisi, sanksiyalar beynəlxalq maliyyə-iqtisadi sistemini müəyyən gəlirlərdən məhrum edir ki, bu, heç Qərb şirkətlərinin də marağında deyil. Üçüncüsü, Rusiyaya bu zamana qədər tətbiq edilən sanksiyaların işləmə mexanizmində yarımçıqlıq üstünük təşkil edib.
İndi sual budur: NATO-nun topu Rusiyanın meydançasına atması Kremlin gələcək addımlarındakı barıt qoxusunu aradan qaldıracaqmı?

Çətin ki, regionda “barıt çəlləyi” yoxa çıxsın, ona görə ki, NATO-nun təqdim etdiyi sənədin mahiyyətinə dair açıqlamalar əhəmiyyətli razılaşmanın əldə olunmadığını göstərir”.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu