fbpx

Qərbi Azərbaycan İcması ABŞ-yə Ermənistanla bağlı çağırış etdi

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Qərbi Azərbaycan İcması ABŞ-yə Ermənistanla bağlı çağırış edib.

İcmadan Metbuat.az-a daxil olan bəyanatda bildirilir:

“ABŞ-ın Ermənistandakı səfirliyinin məlumat verdiyi kimi, bu gün səfir Kristina Kvinn İstisu (Cermuk) qəsəbəsinə səfər edib. Biz xanım səfirin İstisuya hansı məqsədlə səfər etməsi barədə məlumata malik deyilik. Lakin səfirin İrəvandan gələrkən İstisu daxil olmaqla əvvəllər azərbaycanlıların yaşamış olduqları, məscidlərinin, qəbiristanlıqlarının dağıdıldığı, təhqir edildiyi yaşayış məskənlərindən keçdiyini bilirik.

Rüya tabirlerini burdan oku

Bilmək istərdik ki, özünü dünyada insan hüquqlarının müdafiəçisi kimi qələmə verən ABŞ-nin Ermənistanda – etnik təmizləmə yolu ilə monoetnik məkana çevrilmiş bir dövlətdə – səfiri olan xanım Kvinnin akkreditə olunduğu ölkədə tüğyan edən irqçilik və qeyri-tolerantlığın aradan qaldırılması və azərbaycanlıların Ümumdünya İnsan Hüquqları Bəyannaməsində nəzərdə tutulan qayıdış hüquqlarının reallaşdırılması üçün nələr edir.

Biz, həmçinin fürsətdən istifadə edərək ABŞ tərəfini etnik və dini ayrı-seçkilik qoymadan insan hüquqlarına dəstək verilməsi xahişi ilə dövlət katibi Antoni Blinkenə göndərdiyimiz müraciətə cavab verməyə çağırırıq”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qərbi #Azərbaycan #İcması #ABŞyə #Ermənistanla #bağlı #çağırış #etdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu