fbpx

Qərbi Azərbaycan İcması yenidən Ermənistana çağırış edib

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

“Qərbi azərbaycanlıların Ermənistandan zorla çıxarılması insanlıq əleyhinə cinayət, etnik təmizləmə idi”.

Metbuat.az xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar deyib

O xatırladıb ki, ötən əsr boyunca qərbi azərbaycanlılar dörd dəfə 1905-1906, 1918-1920, 1948-1953 və 1987-1991-ci illərdə qırğın və deportasiyalara məruz qalıblar: “Əsrin əvvəllərində baş verən ilk iki deportasiya xüsusi amansızlıqla törədilən qətllər və sürgünlərlə yadda qalıb və yüz minlərlə azərbaycanlı canlarını bu qırğınlardan qurtarmaq üçün kor-koranə şəkildə yurd-yuvalarını tərk etməyə məcbur ediliblər. İrəvan şəhəri və ətrafını əhatə edən kəndlərə qəfil edilən basqınlar insanları buna vadar edib. 1947-ci ildə Sovet lideri Stalinin fərmanı ilə 100 min azərbaycanlının Ermənistan ərazisindəki öz ata-baba yurdlarından deportasiyasına dair qərar verilir, lakin 1948-53-cü illəri əhatə edən deportasiyalarda 144 600 soydaşımız vaqonlarla dağlıq ərazidən düzənliyə gətirilir. Onlar üçün guya kağız üzərində burda yaşaya bilmək üçün şərait yaradılması nəzərdə tutulub, lakin bu reallaşdırılmayıb”.

Ü.Zülfiqar deyib ki, bu fakt və dağlıq ərazilərdə yaşamağa alışdıqdan sonra düzənliyə gətirilmələri bir çox soydaşımızın həyatına son qoyub: “1987-1991-ci illər deportasiyası zamanı isə məlum olduğu kimi 300 mindən çox soydaşımız öz ata-baba yurdlarından zorla qovulub, 216 azərbaycanlı qətlə yetirilib. Qərbi azərbaycanlılar öz kəndlərini adətən cəmi 1-2 gün içərisində, əşyalarını belə çox hallarda götürməyə icazə verilmədən tərk etməyə vadar edilib, bundan əvvəl məktəblərə və bağçalara hücum edilərək hətta burdakı körpələr erməni millətçiləri tərəfindən qətlə yetirilib. Bir neçə halda soydaşlarımızı Azərbaycana gətirən avtobusların qarşısı kəsilərək onlara işgəncə verilib”.

İcma sözçüsü bildirib ki, sözügedən faktlara dair əllərində foto və videomateriallar da var və zaman-zaman bu faktları yayımlayırlar: “Yəni soydaşlarımız öz ata-baba yurdlarını, tarixi Azərbaycan torpaqlarını tərk etməyə vadar edilərkən bizə münasibətdə qətiyyən humanist davranılmayıb, mülkiyyətimiz talan edilib, insanlarımız qətlə yetirilib, döyülüb və təhqir edilib. Bu, insanlıq əleyhinə cinayət və etnik təmizləmə idi”.

Rüya tabirlerini burdan oku

Ü.Zülfüqar vurğulayıb ki, bu gün qərbi azərbaycanlılar zorla çıxarıldıqları el-obalarına sülh yolu ilə geri qayıdaraq orda dinc yanaşı yaşamaq, erməni cəmiyyətinə reinteqrasiya etmək, öz əzizlərinin məzarlarını ziyarət etmək istəyirlər: “Bu bizim fundamental insan haqqlarımızdır. Bununla bağlı Ermənistan tərəfinə etdiyimiz və cavabsız qalan müraciətin tezliklə cavablandırılmasına çağırırıq”.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Qərbi #Azərbaycan #İcması #yenidən #Ermənistana #çağırış #edib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu